Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb
İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib. APA-nın məlumatına görə, hər iki şəhidin cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıb. Qeyd edək ki, hər iki şəhid sabah dəfn olunacaq.