Türkiyədə meyiti tapılan Nicatın sevgilisinə yazdığı məktub tapıldı - VİDEO
 
İstanbulda Haliç körpüsündən özünü ataraq intihar edən azərbaycanlı turist Nicat Kərimli barədə istintaq davam edir. 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iyun ayının 10-da dünyasını dəyişən 24 yaşlı gəncin ayaqqabısının içindən sevgilisinə yazdığı məktub çıxıb. “Canım sevgilim” başlıqlı məktubda “biz bu dünyada qovuşmadıq, inşallah o biri tərəfdə görüşərik” yazılıb. Məktubla birgə Nicat Kərimlinin sevgilisinin fotosu da aşkarlanıb. 
Qeyd edək ki, azərbaycanlı gənc Nicat Kərimli Türkiyəyə gəzmək üçün səfər edib.
  Legion.az