Bakıda 16 yaşlı qız özünü binadan atdı - İntihar
Bakıda 10-cu sinif şagirdi özünü binadan ataraq ölüb.

AzNews.az xəbər verir ki, Bakının Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Xətai rayon sakini 1999-cu il təvəllüdlü Gülnar Vəliyeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Legion.az