Baş redaktor Mahmud Tağıyev izlənilir
Bu gün  günorta cağlarında “Qafqaz Region İB”-in sədri, “Qafqaz Region News” qəzetlərinin təsisçisi və baş redaktoru Mahmud Tağıyev naməlum şəxslər tərəfindən  izlənilib. Bu barədə Qafqazregion.az-a jurnalist özü məlumat verib.”Bu gün saat 13:00 radələrində yaşadığım ünvandan çıxarkən  tanımadığım bir nəfər mənə yaxınlaşıb saatın neçə olmasını soruşdu. Sonra həmin şəxs mənim arxamca  düşüb məni izləməyə başladı. Avtomobilimə minib yaşadığım məhəllədən çıxanda, məni izləyən şəxsin yanına bir nəfərin də  yaxınlaşmasını gördüm. Onlar ağ rənqli, səhv etmirəmsə “Fiat Doblo” markalı avtomaşına minərək, bir müddət mənim avtomaşınımı izlədilər. Sonra bir-iki manevr edib,şəhərin içində onları itirdim. Çox güman ki, mənim peşəkar jurnalistika  fəaliyyətim  kimlərisə çox narahat edir və bu baxımdan hesab edirəm  həyatım təhlükə qarşısındadır. Bu səbəbdən üzümü həmkarlarıma ,ictimaiyyətə tutaraq  əvvəlcədən bildirirəm ki, əgər mənə qarşı kimsə hansısa şəkildə fiziki təyziq göstərsə və həyatıma təhlükə yaratsa,yaxud da  günlərin bir günü mən  ümumiyyətlə “müəmmalı” şəkildə yoxa çıxsam ,məlumunuz olsun ki,bu mənim ,qanunu pozan məmurlar haqqında yazdığım araşdırma tənqidi yazılarıma  cavab olaraq  məni susdurmağa yönələn  qisas kimi qiymətləndirilməlidir”-baş redaktor bildirib.   Xatırladaq ki,baş redaktor  dəfələrlə və mütəmadi olaraq özbaşnalıq edən vəzifəli məmurlar haqda mətbuatda ifşaedici tənqidi yazılarla çıxış edib. Qeyd edək ki, baş redaktor ,həyatının təhlükəsizliyini təmin etmək üçün  məsələ ilə bağlı daxili işlər naziri cənab Ramil Usubova  müraciət edəcəyini bildirib. Qafqazregion.az