Bakıda “moyka”ya avtomobil verən şəxsin maşınını qaçırdıb qəza törətdilər
 
Bakıda yol qəzası qeydə alınıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fəxrəddin Aydın oğlu Şəmiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 8-də özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili rayonun Zahid Xəlilov küçəsi, 14-də yerləşən avtoyuma məntəqəsində yumaq üçün Nicat adlı şəxsə verib.
F.Şəmiyev bir az sonra avtoyuma məntəqəsinə qayıtdıqda avtomobilin orada olmadığını görüb. İyulun 9-da həmin avtomobil Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyində Xırdalan şəhəri ərazisində əzilmiş vəziyyətdə aşkar edilib.