Həbs olunanların sayı açıqlandı - Türkiyədə
Ankara valiliyi Türkiyə paytaxtında etiraz aksiyaları zamanı xəsarət alan və saxlanılanların sayını açıqlayıb. Məlumata görə, 31 may tarixindən indiyədək etiraz aksiyaları zamanı 381 nəfər yaralanıb, onlardan 133-ü polisdir. Qarşıdurmalar zamanı 944 nəfər saxlanılıb. Aldığı xəsarətlərdən bir nəfər ölüb. Dörd nəfər hələ də şəhər xəstəxanalarında müalicə alır. Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.