Kimdir iğtişaş törədən?
1993-cü ildən bəri hakimiyyəti aktiv şəkildə müdafiə edən və bunun üçün bütün imkanlarından yararlanan Müqayis Verdiyev, yoxsa dövlət pullarını yeyərək, oğlunun əməllərini ört-basdır etmək üçün yuxarılara yalan satan, fəhlənin haqqına, kəndlinin torpağına göz dikən Nizamiəddin Quliyev? 

Təbiətin qəribə bir qanunu var. Əslində, qəribə də deyil, sadəcə, o mühit üçün ədalətli olan bir haldır. Aslan ova çıxıb, azuqəsini tapdıqdan sonra onun artıqları ilə digər heyvanlar qarınlarını doyura bilirlər. Buna aslan özü şərait yaradır. Çünki təbiətində xainlik, paxıllıq yoxdur. Amma günün birində həmin qırın-qırtıqı yeyib, özünü dərədə bəy sananlar aslana tələ qurub, onu qəfəsə salır və ya saldırırlar. Bax, ədalət tərəzisi buradaca pozulur. 
Əslində, məsələni tanınmış iş adamı Müqayis Verdiyevin üzərinə gətirib çıxarmaq istəyirdik. Çünki bu ilin martında Goranboyun icra başçısı Nizaməddin Quliyev tərəfindən həbs etdirilib. Səbəbi isə ortada yeyilmiş pulları ört-basdır etmək və oğlunu vəziyyətdən çıxarmaq olub. 
Proses 156 min manat pulun istənilməsindən başladı. İş adamı fəhlələrin halal haqqının verilməsi üçün icra başçısından gördüyü işin pulunu istəyirdi ki, bu da qarşı tərəfin ürəyincə deyildi. Ona görə ki, oğlu Ramal Quliyev Mingəçevirdə Kapital Bankın yerli filialında olduğu kimi, Goranboyda da «Fəqan Xidmət»in əliylə milyonları hansısa xalq artistlərindən biriylə xaricdə göyə sovurub, eyş-işrət məclisləri düzənləmişdi. Nizaməddin Quliyev isə oğlunun «çortu» pozulmasın deyə, illərdən bəri əziyyət çəkib, təkcə Goranboyda deyil, Yevlax, İmişli və digər rayonlarda abadlıq və yenidənqurma işlərini həyata keçirən Müqayis Verdiyevi həbs etdirdi. Ortada isə tutarlı heç bir fakt olmadan. İcra başçısı müavini Baxış Abdullyevin əliylə rayonda iğtişaş törədir, fəhlələri İcra Hakimiyyətinin qarşısına toplayır, sonra da Bakıya donos yazır ki, guya, bunları Müqayis Verdiyev təşkil edir və onun rayonda «iğtişaş» yaratmaq niyyəti var. 
Gülməli məqam odur ki, Müqayis Verdiyevə atılan buş ər ümumiyyətlə, həqiqəti əks etdirmir. Əvvəla Goranboyda tikinti işlərində çalışan fəhlələrin hamısı məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət edərək, adıçəkilən iş adamından şikayətçi olmadıqlarını dilə gətirməklə yanaşı, Nizaməddin Quliyevlə aralarında pul məsələsinin olduğunu da vurğulayıblar. 
İkincisi, Müqayis Verdiyev niyə iğtişaş törətməliydi? İş adamı dəfələrlə icra başçısı Nizaməddin Quliyevdən fəhlələrin haqqını istəyib. Məgər, fəhlənin əmək haqqısını istəmək iğtişaş törətməkdir?
Bir qədər keçmişə nəzər yetirsək görərik ki, Müqayis Verdiyevin ölkəyə, onun rəhbərliyinə sədaqəti nə qədər olub. Və onun əlində yetərli qədər imkan olub ki, «bulanıq sudan balıq tuta bilsin». Nizaməddin Quliyevin 1993-cü ildə harada olduğunu bilən belə yoxdur. Amma həmin dövrlərdə, ölkədə müharibə, daxildə xarici qüvvələrin təsiri altında iğtişaşlar, dövlət çevrilişləri həyata keçirmək istəyənlərin at oynatdığı bir vaxtda Müqayis Verdiyev Heydər Əliyevin yanında olub. Gəncədə Surət Hüseynov, Lənkəranda Əlikram Hümbətovun separatçılıqla, ölkəni parçalamaqla, dövlət çevrilişi etmək üçün çalışdıqları bir vaxtda Müqayis Verdiyev Heydər Əliyevi müdafiə etmək üçün həyatını belə risqə atmışdı. Heç kimin cəsarət etdiyi bir dönəmdə Azərbaycanda nəşr olunan qəzetlərdə Heydər Əliyevin müdafiəsi məqsədi, onun ölkəmiz üçün nələr etdiyi və bundan sonra da nələr edəcəyi barədə məqalələr yazanlardan biri Müqayis Verdiyev olub. Halbuki həmin vaxt iş adamı istəsəydi, ölkəni qarışdıranların yanında olub, onlarla birlikdə iğtişaş da, üsyan da törədə bilərdi. Surət Hüseynov Gəncədə qiyama başlayanda şəhərin rəhbərliyini himayəsinə alaraq, onların təhlükəsizliyini təmin edən də Müqayis Verdiyev olub. Hətta bu addımlarına və hərəkətlərinə görə, Müqayis Verdiyev ölkə rəhbərliyi tərəfindən dəfələrlə təqdir olunub. Müşavirələrdə belə onu nümunə kimi göstəriblər ki, dövlətə sədaqətli olmaq nə deməkdir. Bunca imkanlara rəğmən, ölkənin ən ağır vaxtında iğtişaş törətməyən, hakimiyyətə, dövlətə sadəqətli olan bir adan niyə əmin-amanlıq, dinclik, demokratiya olan bir şəraitdə iğtişaş törətsin? Pula görəmi? Müqayis Verdiyevin o əqidəsi yoxdur ki, pula görə dövlətinə və rəhbərliyinə qarşı çıxış etsin. Vəzifə eşiqimi? Bu da yalandır, çünki iş adamının heç bir zaman belə bir niyyəti olmayıb. Müqayis Verdiyevi düşündürən tək məsələ rayonların abadlaşdırılması, yenidənqurulması prosesində iştirakdan başqa bir şey olmayıb. 
Müqayis Verdiyev Azərbaycan Ordusunun qurulmasında, onun komplektləşdirilməsində, ərzaqla təmin olunmasında təkcə təşəbbüslə çıxış etməyib, həm də bunun üçün əlindən gələni edib. Ordu quruculuğu işləri üçün yardım etdiyi vəsaitlərdən dolayı hətta ölkə rəhbərliyi ona təşəkkür də edib. 
Bunları saymaqla qurtarmaq mümkün deyil. Çünki sözün həqiqi mənasında Müqayis Verdiyev ölkə və onun rəhbərliyi üçün əlindən gələni etməklə yanaşı, əməlləri ilə sədaqətini də sübut edib. Və bu gün də həbsdə olmasına rəğmən, niyyəti sadəcə və sadəcə, azadlığa çıxacağı təqdirdə yenə də öz işlərinə davam etmək, ölkə rəhbərliyinin tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. 
Bəs, Nizaməddin Quliyev nə işlə məşğul olub? Sıralama ilə sadalayaq: 
1. Sürətlə inkişaf edən Azərbaycanda Goranboy özünün bərbadlığı səviyyəsinə görə birinci yerdə dayanır. Rayondakı kənd yolları üçün dəfələrlə pul ayrılmasına rəğmən, hələ də asfalt çəkilişinə başlanılmayıb.
2. Rayonun mərkəzindəki tikinti işləri yarımçıq qalıb. Hətta Heydər Əliyev Mərkəzinin inşası belə yarımçıq şəkildə ortalıqda qalıb ki, Nizaməddin Quliyev də ora üçün ayrılmış pulları mənimsədiyi üçün belə vəziyyət yaranıb.
3. Təkcə Heydər Əliyev Mərkəzi deyil, həmçinin rayonun girişi, mərkəzdə reallaşdırılan digər işlər də yarı-yarımçıq qalıb ki, buna səbəb də büdcədən ayrılmış pulların mənimsənilməsidir. Bir tərəfdən ata Nizaməddin Quliyev, digər tərəfdən isə oğul Ramal Quliyev ölkə rəhbərliyindən yeni maliyyə yardımları gözləyirlər ki, onların da axırına çıxsınlar. 
3. Nizaməddin Quliyevin rəhbərliyi ilə müavini Baxış Abdullayev və daha bir neçə məmur rayonu çapıb-talamaqla məşğuldur. Prosesdə aktiv iştirakçılardan biri də icra başçısının oğlu Ramal Quliyevdir ki, onu da «Fəqan Xidmət» adlı şirəkti var. 
3. Goranboyda dövlət büdcəsindən ayrılmış pulların hamısı «Fəqan Xidmət» MMC-nin hesabına köçürülür və oradan da mənimsəmə prosesi başlayır. Nəticədə, rayonun mərkəzində iş görən fəhlələrin maaşları belə verilmir və bu üçlük tərəfindən mənimsənilir. Elə buna görədir ki, Baxış Abdullayev rayon sakinlərindən birindən 20 min manat alaraq, onu işə düzəldəcəyini vəd verib. Daha sonra isə nə iş alınıb, nə də pul geri qaytarılıb. İş də gedib düşüb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə. 
4. Nizaməddin Quliyevin oğlu Ramal Quliyev hələ Kapital bankın Mingəçevir filialına rəhbərlik edərkən 500 min manat pulu götürərək, xalq artistlərindən biri ilə xaricə üz tutmuşdu. Orada keyf məclisləri düzəldən oğul Quliyev pulu qurtardıqdan sonra geri döndü və onun mənimsədiyi pulları isə atası Nizaməddin ödədi. Elə bütün tederlərin «qalibi» olan «Fəqan Xidmət» MMC-nin də pullarını oğul Quliyev götürüb, aradan çıxıb. Həmin pulları xərclədiyindən Nizaməddin Quliyev zibilə düşüb. Amma bu dəfə həmin pulları qaytarmaq əvəzinə, iş adamlarını şərləyərək həbs etdirmək yoluna baş vurub. 
5. Nizaməddin Quliyev işi o qədər böyüdüb ki, hətta adı ölüm işində də hallanır. Belə ki, Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Faiq həkimin ölümündə şübhəli bilinən icra başçısına qarşı bir sıra ittihamlar irəli sürülüb. Həkimin yaxınları deyirlər ki, onu ölümə elə icra başçısı sürükləyib. Bu məsələ isə bizim diqqətimizdədir. 
6. Nizaməddin Quliyev Prezident tərəfindən ayrılmış 6 milyon manatın başına elə bir oyun açıb ki, daha 1 milyon manat pul istəmək məcburiyyətində qalıb. Rayon sakinləri isə deyirlər ki, icra başçısı Goranboy üçün heç bir iş görməyib. Hətta işi o yerə çatdırıb ki, pul yemək üçün bütün vasitələrə əl atmağa başlayıb. 
7. Nizaməddin Quliyev rayondakı otlaq sahələrini ələ keçirmək kimi bir niyyətə düşmüş şəxs olub. Hətta məsələ o qədər qəlizdir ki, rayonda əkinçiliklə məşğul olanlar da suyun onlara pulla satıldığını deyirlər və bundan şikayətçidirlər. Yəni, icra başçısı kəndlinin suyunda və torpağında belə gözü var. 
8. Quliyevin göstərişinə əsasən hər bir idarə və müəssisə rəhbəri qısa müddətdə 5000 manat pul düzəldərək, gətirməlidir. Kənd icra nümayəndələrinin başçıları üçün bu rəqəm 3000 manat təşkil edir. Kənd icra nümayəndələri başçılarının müavinləri üçün bu rəqəm 2000 manat, mühasiblər üçün isə 1500 nəzərdə tutulub.
9. Büdcədən ayrılmış 6 milyon manatın aqibəti elə də qəliz olmayıb. Nizaməddin Quliyev bu pulları elə nizamlayıb ki, onların səsi Bakıdan belə gəlməyə başlayıb. Məsələn, onun hal hazırda Goranboyda «Nizaməddinin bazarı» kimi tanınan bazarı fəaliyyət göstərir. Digər bir maraqlı fakt. Bakıda «Vorovski» məhəlləsindəki üz-üzə inşa edilmiş 2 villa da həmin pulların sayəsində ərsəyə gəlib. Gəncə şəhərindəki evi, Göy-Göl rayonunu Mixayılovka kəndindəki villası, Goranboyun Ağca kəndində olan evləri və torpaq sahələri, rayonun mərkəzindəki evi və Tapqaraqoyunlu kəndindəki evləri də büdcə pullarının sayəsində inşa edilib. 
10. Nizaməddin Quliyev pul qazanmaq üçün o qədər özünü batırıb ki, hətta uşaq baxçalarına da göz dikib. Çünki onun əsas gəlir sahəsi uşaq baxçaları hesab olunur. Bu barədə verilən məlumatda vurğulanır ki, icra başçısı rayonda adı olub, özü olmayan uşaq bağçalarına ayrılan pulları birbaşa özünə götürür. Fəaliyyət göstərən uşaq bağçalarının rəhbərlərindən isə aylıq pul tələb edir.
Nizaməddin Quliyevin əməlləri ilə bağlı çox yazmaq olar. Amma Müqayis Verdiyevlə bu şəxsi müqayisə etdikdə yerlə göy qədər ziddiyyətin yarandığı göz qabağındadır. Bu yazılanlardan belə başa düşmək olur ki, Goranboyda iğtişaşı Müqayis Verdiyev yox, elə Nizaməddin Quliyev törətmək istəyir. Çünki bu qədər pulu ört-basdır etmək, dövlət pullarını eyş-işrətə sərf etmiş oğlu Ramal Quliyevi xilas etmək üçün belə bir iğtişaşa gərək var. Əks təqdirdə, icra başçısı çox ağır məsələlərin hesabını verməli olacaq.  JAM.AZ