Məscidə girən siçan çaxnaşma yaratdı: xeyli yaralı var
Mərakeşin Kasablanka şəhərindəki məscidlərin birində siçanın peyda olması nəticəsində yaranmış basırıq zamanı 80-dən çox insan xəsarət alıb.
RİA Novostinin verdiyi məlumata görə, xəsarət alanların çoxu qadındır.
Hadisə Qədr gecəsini keçirmək üçün məcsidə gələnlər arasında baş verib. Siçan məsciddəki qadınlardan birinin ayağının üstünə çıxdıqdan sonra çaxnaşma yaranıb. Təşviş zamanı 7 aylıq hamilə qadının ayağı sınıb. 70-dən çox qadın tibbi yardım üçün müraciət edib. Trend