Ramil Usubov razı qaldı
DİN-dən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.   DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzmiş, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanmış, bəzi irad və tövsiyyələrini bildirmişdir. Ramil Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılıb.   Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, onlar Azərbaycan Polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərlərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər. Legion.az