Putin Ərdoğanı Kremlə çağırdı
Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan işgüzar görüşlə bağlı razılığa gəliblər. Modern.az xəbər verir ki, rəsmilər telefon danışığından sonra payızda Moskvada yüksək səviyyəli əməkdaşlıqla əlaqədar görüş təyin ediblər. Rəsmi Kremlin mətbuat xidmətinin görüşlə bağlı yaydığı məlumatda deyilir: “Rusiya prezidenti ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əməkdaşlıq çərçivəsində payızda Moskvada baş tutacaq növbəti iclasın vaxtını dəqiqləşdiriblər. Görüşdə ölkələrarası yüksək səviyyəli əməkdaşlıq proqramlarının qəbulu və eyni zamanda “İyirmilik qrupu” sammiti çərçivəsində görüşləri davam etdirmək nəzərdə tutulur