Öcalanın Bakıdakı təbliğatçısı həbs olundu
Üzərində PKK terrot təşkilatının başçısı, hazırda Türkiyədə ömürlük həbsdə yatan Abdulla Öcalanın şəkli olan köynək geyinib Bakıda terrorçunu təbliğ edən Namiq Nəsibov həbs olunub.

Bu barədə “Türküstan” qəzetinə mötəbər mənbədən bildirilib. Bildirilir ki, Namiq Nəsibov saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Bölmədə N.Nəsibova nə üçün terrorçunu təbliğ etməsi, ölkədə və xaricdəki əlaqələri haqda suallar verilib. Onunla, “ağıllı olması” haqda proflaktik söhbət aparılıb.

Xatırladaq ki, Öcalanın şəkili olan köynəyi geyinən şəxs Namiq Nəsibovdur. Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindədir. O, Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur.

Namiq isə sinəsində, Azərbaycan torpaqları uğrunda döyüşərək şəhid olmuş və prezident Əbülfəz Elçibəyin 5 fevaral 1993-cü il il tarixli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş atası Kamil Nəsibovun deyil, uşaq qatili, Türk-İslam dünyasına qənim kəsilmiş bir terrorçunun rəsmini daşıyır. Legion.az