Azərbaycan ərazilərini kürdləşdirən sayt yaradıldı
Bu saytda Azərbaycan toponimləri və tayfalarının adları saxtalaşdırıldı

Azərbyacan tarixini saxtalaşdırmaq cəhdi ilə bağlı yeni bir sayt açılıb.
Avropa.info-nun məlumatına görə, bu saytda bir çox türk tayfaları kürd mənşəli və ya bu xalqa mənsub olaraq göstərilb. 
Sayt Azərbaycan xəritəsini saxlaşdıraraq, tarixi Zəngəzur ərazisini Kürdüstan kimi təqdim edir. Saytın məqsədi kimi türk və kürdlər arasında qardaşlığın tərənnüm edilməsini hədəf seçdiklərini bəyan edən sayt müəllifləri Azərbaycan ərazisindəki türk toponim və tayfalarını məqsədli şəkildə kürdlərə bağlamağa cəhd ediblər. Bu sırada Gorus, Bərgüşad, Sisyan, Tərtər və s. ad və toponimlər kürdlərin adına çıxılır. 
Sayt əsassız olaraq, iddia edir ki, adı sadalanan kürd tayfaları 1992-ci il Ermənistanın işğalına qədər Qızıl Kürdüstan adlanan torpaqlarda yaşayırdılar.