\"Mardan Palace\"dən ölümlə bağlı açıqlama
Bakıda 1 saylı doğum evinin baş həkimi işləmiş Stella Abbasovanın 49 yaşlı oğlu Samir Əliyevin Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus \"Mardan Palace\" hotelində dünyasını dəyişməsi ilə bağlı məlumat vermişdik.     Qeyd edək ki, sözügedən məlumatı Press24.az saytı yayımlamışdı. Məlumatda bildirilirdi ki, mərhum bir neçə gün öncə Türkiyəyə istirahətə gedib. Belə ki, dünən səhər saatlarında onun qaldığı nömrəyə daxil olan hotelin işçisi mərhumun öldüyünü aşkarlayıb. Məlum olub ki, Samir Əliyev ondan bir gün əvvəl gecə keçinib. “Mardan Palace” otelinin rəhbərliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ölüm hadisəsi “Mardan Palace”də deyil, ona qonşu olan Kremlin otelində olub: “Bizə müraciət etdilər ki, həmin şəxsin cənazəsini Azərbaycana göndərmək üçün kömək edək. Biz də köməklik göstərdik”.