Şamaxı Rəsədxanası-QMİ qalmaqalına Dini Komitə də qarışdı
Ramazan Bayramı nə vaxt olacaq? Şamaxı Rəsədxanası ilə Qafqaz Müəsmanları İdarəsi bu məsələdə fərqli mövqe nümayiş etdirib. Bunlardan hansı düzgündür?     \"Qafqazinfo\" xəbər verir ki, mövzu ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanlanan sorğulara cavab olaraq bildirilir ki, Şamaxı Rəsədxanası astronomik hesablamalara görə ayın yenilənməsi ilə bağlı məlumat verə bilər. Bu işin elmi tərəfidir. Lakin bayramın tarixi dini amillərdən asılı olduğunu nəzərə alaraq fətva vermək səlahiyyəti – QMİ-nindir.