İki erməni hərbçi Azərbaycan tərəfinə keçdi
Avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.  APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb.  Onun sağ olub-olmaması barədə dəqiq məlumat yoxdur.  Erməni hərbçilərin təmas xəttini hansı məqsədlə keçdikləri də hələlik məlum deyil. Faktla bağlı dəqiqləşmələr aparılır.  Hadisəyə rəsmi qurumlardan münasibət öyrənmək hələlik mümkün olmayıb.