Nicat Dağlar oktyabrın 10-da qayıdır
“Ola bilsin xəstəlik o səviyyəyə düşdü ki, analizdən sonra əməliyyata ehtiyac olmadı”       Jurnalist Nicat Dağların müalicəsi uğurla davam edir. Hazırda Almaniyanın Farankfurt şəhərində müalicə alan Nicat Dağların xəstəliyi ilə bağlı həkimlərin verdiyi rəy müsbətdi.  Bu barədə Nicat Dağlar özü əməkdaşımıza açıqlamasında bildirib. Onun sözlərinə görə, Alman həkimlər qanda olan leykositlərin sürətlə azaldığını müşahidə edirlər: “Həkimlər deyirdi ki, belə xəstəliklərə qalib gəlmək üçün birinci növbədə sağalacağına inamını itirməməlisən. Mən Azərbaycanda olanda da çox ümidli idim. Həm dövlətim, həm də yaxınlarım və dostlarım tərəfindən sevgiylə, qayğıyla əhatə olunmağım sabaha inamımı artırırdı. Şükür Allaha ki, hər şey yaxşıdı”. Nicat Dağlardan onu da öyrəndik ki, avqustun 10-da Bakıya dönür. Həkimlər onun iliyindən oktyabrda analiz götürəcəklər:  “Həkimlər belə məsləhət gördülər ki, ilikdən indi analiz götürməsinlər. Bakıya qayıdıb, müalicəmi onların göstərişləri əsasında davam etdirim. Ola bilsin xəstəlik o səviyyəyə düşdü ki, analizdən sonra əməliyyata ehtiyac olmadı”