Bu gün bu marşrutlar pulsuz olacaq
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən \"Qafqazinfo\"ya verilən məlumata görə, Ramazan bayramının ilk günü kimi 8 avqust saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat xidmətləri pulsuz olacaqdır. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər. Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək. Bu aksiya ilk dəfə olaraq Nəqliyyatı Intellektual Idarəetmə Mərkəzi tərəfindən həyata keçirilib. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir. Qeyd edək ki, NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulub. Sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər: -1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-,202 Yaranan hər hansı məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 141 saylı qaynar xəttinə müraciət edə bilərsiniz.