İlhamə Quliyeva meyxanaçının həbsindən danışdı - Yenilənib
Məlumatı dəqiqləşdirmək üçün İlhamə Quliyevanın özü ilə əlaqə saxladıq. İlhamə Quliyeva virtualaz.org-a açıqlamasında bildirdi ki, bu suala prodüserim cavab verə bilər. Prodüser Faiq Ələkbərov isə bu məlumatın yalan olduğunu söylədi: “İlhamə Quliyevanın Namiq Qaraçuxurlunu həbsdən çıxarması yalandır. Namiq Qaraçuxurlunun həbs olunması haqda isə məlumatımız yoxdur. Doğru məlumat olub-olmadığını bilmirik”. Namiq Qaraçuxurlunun özü ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmadı. *   *   * Onun 10 saat bölmədə saxlanıldığı bildirilir  Tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu polis tərəfindən saxlanılıb. Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, N.Qaraçuxurlu iki həftə öncə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Əməliyyatçılar tərəfindən saxlanılaraq, idarəsinin 16-cı bölməsinə gətirilən tanınmış meyxanaçı təxminən 10 saat burada saxlanıldıqdan sonra sərbəst buraxılıb. Məlumatda bildirilir ki, bölmə rəisi N.Qaraçuxurlunu həbs etmək fikrindəymiş. Lakin xalq artisti İlhamə Quliyevanın polis bölməsinə gəlməsi, həbsin qarşısını alıb. Mənbə bildirir ki, İlhamə xanımdan öncə bir çox tanınmış sənət adamları rəisdən xahiş edib, lakin onların sözü eşidilməyib. Primadonna isə meyxanaçının “əfv” olunmasına nail olub. Mənbə iddia edir ki, gecəikən xalq artisti N.Qaraçuxurlunun arxasınca 16-cı polis bölməsinə gəlib. Bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb. 

Legion.az