Dostları deputatı təhqir elədi
Deputat Aydın Mirzəzadə sosial şəbəkədə təhqir olunub. Bunu facebook səhifəsində o özü yazıb.  Virtualaz.org-un məlumatına görə, deputat ona dostluq göndərib sonradan bundan istifadə edərək onu təhqir edən insanları dostluqdan çıxardığını bildirib: “Elə indicə iki nəfəri dostluqdan sildim və blokladım. Səbəb onların məni şərhlərində təhqir etməsidir. Kim olduqlarını bilmirəm, vaxtı ilə mənə dostluq göndəriblər və mən də qəbul etmişəm”. A.Mirzəzadə insanların bu hərəkətini mədəniyyətsizlik adlandırıb: “Çox qəribə bir hərəkətdir. Əvvəlcə kiməsə dostluq gönrərirlər ki, sonradan onu təhqir etsinlər. Bu mədəniyyəti, daha doğrusu, mədəniyyətsizliyi başa düşə bilmirəm. Səhifələrinə daxil olub, məlumatlarına baxdım. Biri Bakı Dövlət Universitetini, digəri Mədəniyyət və İncəsənət Universitetini bitiribdir. Hərəsinin də 40-dan çox yaşı var. Yazdıqları budur, ancaq doğurudrsa, onların bu ədəbsizlikləri həmin nüfuzlu universitetlərin hansı auditoriyasında öyrəndikləri müəmmalı qalır. Məgər onlar mənə dostluq göndərəndə mənim kim olduğumu və düşüncələrimi bilmirdilərmi ? Vaxtaşırı səhifəmdə yerləşdirdiyim siyasi və mənəvi mövzularda olan yazıları oxumurdularmı ? Digər tərəfdən sosial şəbəkə məgər içlərindəki kin-kudurəti digərinin üzərinə tökmək üçündürmü?”.

Legion.az