Dünyanın ən böyük uşağı doğuldu

İspaniyada doğulan qız çəkisinə görə dünyanın yeni rekordçusu sayılır. Onun çəkisi 6,2 kiloqramdır

spaniyanın Kosta Blanka bölgəsindəki Denia şəhərində doğulmuş nəhəng qızın anası Britaniya vətəndaşı, 40 yaşlı Maksim Merindir.  \"Bətnimdəki qızımın böyük olduğunu bilirdim. Amma onun belə olacağını ağlıma da gətirməzdim. Üstəlik, qeysəriyyə əməliyyatına ehtiyac qalmaması məni sevindirdi\", - M.Merin söyləyib.   Denia şəhərindəki Marina Salud hospitalının ginekologiya bölməsinin rəhbəri Xavyer Ruisin dediyinə görə, Mariya Lorena adı verilmiş nəhəng qızın və onun anası Maksim Merinin vəziyyətləri yaxşıdır: \"40 illik karyeramda ilk dəfədir ki, heç bir cərrahi müdaxilə olmadan belə böyük uşağın doğulmasını görürəm\".   milli.az