Prezident özünə \"qoyun\" dedi
Gürcüstan prezidenti Mixail Saakaşvili Vladimir Putinin başçılıq etdiyi Rusiya ilə dinc yanaşı yaşamaq arzusunu «sadəlövhlük» adlandırıb.

Publika.az-ım məlumatına görə, bu barədə Gürcüstan lideri «Rustavi-2» teleşirkətinə müsahibəsində bildirib.

«Mən həmişə Rusiya prezidenti Vladimir Putinə xoş sözlər deyirdim, özümü canavarın qarşısındakı qoyun kimi aparırdım. Lakin canavar heç vaxt qoyuna yaxşı münasibət bəsləməyəcək», deyə Saakaşvili əlavə edib.

Onun sözlərinə görə, gürcü xalqı bunu başa düşməli və Avropa yolu ilə getməlidir. 

«Biz qoyun olmamalıyıq, bu yolu artıq keçmişik və heç nə qazanmamışıq», deyə Gürcüstan prezidenti bəyan edib.

Saakaşvilinin sözlərinə görə, Vladimir Putin həmişə Gürcüstan rəhbərini təhqir edib. «Vəziyyət gərgin olanda, mən prezident Dmitri Medvedevə zəng etdim, lakin dəstəyi Putin qaldırdı. Mən ona dedim ki, Avropa Birliyi, ATƏT və ABŞ Gürcüstanın separatçı bölgələrində vəziyyəti gərginləşdirdiyinə görə Rusiyanı sərt tənqid edirlər. O isə istehza ilə dedi ki, elə bəyanatlar yazılmış kağızlar çoxdur və mən onları bir yerimə soxsam yaxşıdır. Belə də dedi», deyə Gürcüstan lideri bildirib.
Qafqaznews.az