Bu günün tarixi 10.08.2013
E.ə.422-ci ildə Süleyman peyğəmbər tərəfindən inşa olunmuş məbəd babil çarı Navuxodonosor tərəfindən yandırılıb 

258-ci ildə Romada Müqəddəs Lavrenti odda yandırılıb 

1524-cü ildə Moskvada Novodeviçi qadın monastrı yaradılıb 

1675-ci ildə Londonda “Qrinviç” rəsədxanası qurulub

1895-ci ildə Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalı, görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski (1895-1938) anadan olub 

1913-cü ildə II Balkan müharibəsi başa çatdı və Bolqarıstan, Rumıniya, Serbiya, Çernoqoriya və Yunanıstan arasında “Buxarest” müqaviləsi imzalandı

1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb 

1949-cu ildə ABŞ-ın müdafiə nazirliyi - Pentaqon yaradılıb 

1959-cu ildə amerikalı aktrisa Rozanna Arkett anadan olub

1960-cı ildə ispan aktyor Antonio Banderas dünyaya gəlib

1971-ci ildə irland futbolçu Roy Kin anadan olub

1975-ci ildə türkiyəli futbolçu İlhan Mansız anadan olub

1990-cı ildə erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdı
-Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında \"LAZ\" markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.

1995 - Azərbaycanla Kanada (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

2000-ci ildə dünya əhalisinin sayı 6 milyarda çatdı

2003-cü ildə Yuri İvanoviç Malençenko kosmosda evlənən ilk insan oldu