“Tural Abbaslını içəridə qandallayıblar”
Gənc liderin anası ölkə və dünya ictimaiyyətinə müraciət etdi Müsavat Divanının üzvü, partiyanın Gənclər Təşkilatının lideri Tural Abbaslı barədə həyacanlı xəbərlər gəlməkdədir. Gənc liderin anası Başxanım Abbaslı musavat.com-a həyacan və göz yaşı içərisində bildirib ki, onun oğluna müvəqqəti saxlama təcridxanasında işgəncələr verilir: “Vəkil Əsabəli Mustafayev onunla görüşə getmişdi. İndi çıxdı. Belə məlum olur ki, Turalı təcridxanada qandallarda saxlayırlar. Həm də əlini arxadan bağlayraq. Tural həbs olunan gün oruclu idi. Axşam ona yemək də verməyiblər. Ümumiyyətlə, həbs olunan gündən bu günə kimi Turala ancaq su veriblər, bizdən -  yaxınlarından yemək götürməyə təcridxananın yeni rəisi icazə vermir”.   B. Abbaslı deyir ki, əli heç yana çatmır. İçəridə oğluna işgəncə verilir. Lakin bunu çatdırmağa, kömək istəməyə hər hansı bir instansiya tapa bilmir. Ona görə də sayt vasitəsi ilə ölkə və dünya  ictimaiyyətinə müraciət edir.