Günün hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 27-32° isti olacaq.
Bakıda gecə 19-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 60-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz olacaq.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy
 rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq.
Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 13-18, gündüz 23-28° isti olacaqdır.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.
Temperatur gecə 18-23°, gündüz 30-35° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz olacaq.
Temperaturun gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir