Bu günün tarixi 11.08.2013
1473-cü ildə Fateh Sultan Mehmetin başçılıq etdiyi Osmanlı ordusu, Otluqbeli döyüşündə Həsən bəy Bayandurun başçılıq etdiyi Ağqoyunlular ordusunu məğlub edib

1492-ci ildə VI Aleksandr Roma Papası seçilib 

1858-ci ildə holland həkim Xristian Eykman anadan olub

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib 

1929-cu ildə Sürixdə yəhudiləri Fələstinə göndərməklə məşğul olan agentlik yaradılıb

1939-cu ildə rus hipnozçusu Anatoli Kaşpirovski anadan olub

1943-cü ildə Pakistanın eks-prezidenti Pərviz Müşərrət anadan olub

1944-cü ildə \"Osservatore Romano\" katolik qəzeti vasitəsilə Roma Papası russları Varşavada qiyam qaldıran polyaklara kömək etməyə çağırıb 

1947-ci ildə amerikalı rejissor Stüart Qordon anadan olub

1960-cı ildə Çad müstəqilliyini elan etdi

1973-cü ildə azərbaycanlı şair Zeynal Xəlil vəfat edib

1992 - Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluğunun açılmasını nəzərdə tuturdu. 

2002 - Ermənistanın Dağlıq Qarabağda qurduğu marionet rejimdə \"prezident seçkisi\" keçirilib. Qondarma seçki heç bir beynəlxalq qurum və ölkə tərəfindən tanınmadı.

Legion.az