Çinin şərqində anomal istilər 15 nəfərin həyatına son qoyub
Havanın temperaturu 37 gündür ki 35 dərəcədən yuxarıdır  Çinin Çjenzyan əyalətində tüğyan edən anomal istilər 15 nəfərin ölümünə səbəb olub. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, meteoroloji xidmətin məlumatına əsasən, Çjenzyan əyalətində havanın temperaturu artıq 37 gündür ki 35 dərəcədən yuxarıdır, Çjouşan, Fenxua və digər rayonlarda da temperatur göstəricisi son vaxtlar bir neçə dəfə rekord həddini keçib. 
Analoji vəziyyət əyalətin inzibati mərkəzi olan Xançjou şəhərində də müşahidə olunur.
Legion.az