Toydan sonra faciə
İranın Xuzistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 11-də axşam saatlarında Dezful rayonunun Səngər kəndində olub.

İranda kəndlərlə rayonlar arasında sərnişin daşınmasında istifadə edilən kiçik yük avtomobili kanala düşüb. Nəticədə toy mərasimindən qayıdan 13-dən 12-si boğularaq ölüb. Onların əksəriyyəti qadın və uşaqlar olub. Sərnişinlərdən yalnız bir qız üzməyi bacardığına görə xilas ola bilib. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Qeyd edək ki, bu, son iki həftə içərisində İranın Xuzistan vilayətində baş vermiş ikinci belə hadisədir. İyulun 31-də Fehdaz şəhəri yaxınlığında mikroavtobusun Karun çayına düşməsi nəticəsində də 12 nəfər boğularaq ölmüşdü. Legion.az