İran prezidenti özünə xanım müşavir təyin edib
İlham Eminzadə ölkə prezidentinin hüquqi məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək İran prezidenti Həsən Ruhani özünə xanım müşavir təyin edib. İlham Eminzadə ölkə prezidentinin hüquqi məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

H.Ruhani İ.Eminzadəni elmi səviyyəsinin və hüquqi biliyinin üstün olması səbəbindən bu vəzifəyə təyin etdiyini söyləyərək ona işində uğurlar arzulayıb.