Putinin Azərbaycana səfərinin tarixi açıqlandı
Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana səfər edəcək. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov verib.Y.Uşakov Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilməsi gözlənilən görüşdə 5-6 ikitərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanmasının gözlənildiyini qeyd edib.