Əfqanıstanı sel basdı
Əfqanıstanın paytaxtı Kabulda son iki gündür ki, aramsız yağan yağışlar daşqınlara səbəb olub. Rəsmilərin məlumatına görə, daşqın suları azı 22 nəfərin həyatına son qoyub. Ölənlər arasında 7 azyaşlı uşağın da olduğu qeyd olunur. Rəsmilər eyni zamanda, sel zamanı itkin düşən insanların da olduğunu bildirib. Xilasedicilər daşqınlar baş vermiş ərazilərdə itkin düşən insanların axtarışına başlayıblar. 

Daşqınların, əsasən, şəhərin Çakardərə əyalətinə ciddi ziyan vurduğu bildirilir. Burada, azı 50 yaşayış məntəqəsi və çoxlu sayda avtomobil çirkab sularının altında qalıb. Bəzi bölgələrdə suyun səviyyəsinin 2 metrə qədər çatdığı bildirilir. Daşqınlar, eyni zamanda, Peğman əyalətinə də ziyan vurub. Burada 2 azyaşlı uşaq sel sularının qurbanı olub. 

Sel, eyni zamanda, elektrik şəbəkələrini də sıradan çıxarıb. Bölgəyə çoxlu sayda xilasedici göndərilib. Əfqanıstanda yay fəslinin ortalarında daşqınların baş verməsi normal sayılmasad