Putinin səfəri başa çatdı
Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

ans press-in AzərTAc-a istinadən verdiyi məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.