Misirdə toqquşmalarda 15 nəfər ölüb
Misir hüquq-mühafizə orqanları paytaxt Qahirənin Rabiatul Adeviyyə meydanında etiraz aksiyası keçirən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarını dağıtmağa başlayıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zirehli texnika və traktorlarla meydanı dağıtmağa başlayan hökumət qüvvələri odlu silahdan da istifadə edir. Meydandan canlı yayım verilməsinin qarşısı alınıb. İlkin xəbərlərə əsasən 15 nəfər ölüb.  Legion.az