Xalq artistinin evi qarət olundu
Xanəndənin Qaxdakı mülkündən xeyli sayda qiymətli əşyalar aparılıb

Xalq artisti Arif Babayevin evində oğurluq hadisəsi baş verib.
Avropa.info-nun əldə etdiyi məlumata görə, gecə saatlarında xanəndənin Qax rayonunda olan evinə girən şəxslər xeyli sayda qiymətli əşyalar oğurlayıblar.
Oğurluq edənlərin kimliyi barədə məlumat yoxdur. Hadisə yerinə polis və prokurluq əməkdaşları cəlb olunub. Legion.az