Azərbaycanlı Gürcüstanda icra başçısının müavini təyin edildi
33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. apa-nın məlumatına görə, yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli Rayon Polis İdarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib. R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında çalışıb. Ailəlidir, bir övladı var.  Legion.az