Sevmədiyi oğlana görə ailəsinə dağ çəkdi
18 yaşlı qız istəmədiyi oğlana ərə verildiyi üçün özünü öldürüb Bu gecə Masallı rayonunda 18 yaşlı qız özünü asıb. 

Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, Qodman kənd sakini 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə özünü asıb. R.Hüseynovanı ailə üzvləri asılmış vəziyyətdə tapıblar. 

İntihar edən R.Hüseynova orta məktəbi bu il bitirib. Qızın intihar etməsinin səbəbləri araşdırılır.

Milli.az-ın əldə etdiyi məlumata görə, Rufanə Hüseynova sevmədiyi oğlana ərə verildiyi üçün özünə qəsd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Legion.az