Vidadi Zeynalov hərbi prokuror Xanlar Vəliyevin xalası oğludur
Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun həbsindən sonra bir çox saytlar yazdı ki, nazir Əli Abbasov da işdən azad olunaraq istintaqa cəlb olunacaq. Ancaq nazirliyin rəsmisi operativ olaraq məsələyə aydınlıq gətirdi və bəlli oldu ki, Əli Abbasovun “MTN olayı”na heç bir aidiyyətı yoxdur. Baş verənlərlə bağlı Qafaznews.az-ın redaksiyasına məlumat verən mənbənin sözlərinə görə Vidadi Zeynalovun nazirliyin Aparat rəhbəri təyin olunmasında MTN-nin həbs olunan generalı Teymur Quliyevin böyük rolu olub. Məlumata görə, Teymur Quliyev hərbi prokuror Xanlar Vəliyevin qaynının qaynıdır, Vidadi Zeynalov isə Xanlar Vəliyevin doğma xalası oğludur. Bir sözlə, Xanlar Vəliyevlə Teymur Quliyevin Vidadi Zeynalovun nazirliyə Aparat rəhbəri təyin olunmasında böyük əməkləri olub. Mövzu ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin.
Sənan Məmmədli

Qafaznews.az