Ermənilər Füzulini intensiv atəşə tutub
Atəşkəs bir neçə istiqamətdə yenidən pozulub Ermənistan silahlı qüvələri cəbhə xəttində atəşkəsi bir neçə istiqamətdə yenidən pozub. ans press Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. Legion.az