İntihar edən oğlanı ailəsi gizlin dəfn etdi
İyulun 16-da Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1966-cı il təvəllüdlü Alxas Abid oğlu Əliyev bir ay əvvəl yaşadığı evdə özünü asıb. apa-nı məlumatına görə, bir ay əvvəl intihar etməsinə baxmayaraq, onun ailəsi hadisə barədə hüquq-mühafizə orqanlarına heç bir məlumat vermədən onu dəfn ediblər.

Hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında mərhumun yaxınları dindirilib və A. Əliyevin intihar etdiyi təsdiqlənib.

İstintaq A.Əliyevin meyitinin ekshumasiyasına qərar verib və yaxın günlərdə mərhumun qəbri açılacaq.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Legion.az