Rusiyada fövqəladə vəziyyət elan olunub
Maqadan vilayətində mürəkkəb hidroloji durum hökm sürür Rusiyanın Maqadan vilayətində fövqəladə vəziyyət elan olunub. Apa-nın RBK-ya istinadən verdiyi məlumata görə, buna səbəb vilayətdə hökm sürən mürəkkəb hidroloji durumdur.

Bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvəsi və texnikası göndərilib.

Qeyd edək ki, bundan öncə Amur və Xabarovsk vilayətlərində çayların daşması səbəbindən fövqəladə vəziyyət elan olunub. 

Legion.az