Sakaşvilinin iqamətgahı istirahət evi olacaq
Gürcüstan prezidenti Mixail Saakaşvilinin iqamətgahlarından biri hərbçilər və onların ailə üzvləri üçün istirahət evinə çevriləcək.    Publika.Az-ın məlumatına görə, Saakaşvilinin göstərişi ilə iqamətgah (o cümlədən torpaq sahələr) Müdafiə Nazirliyinə veriləcək.    Orada həmçinin həlak olmuş hərbçilərin ailə üzvləri də dincələ biləcəklər. Adı çəkilən iqamətgah Bobokvati qəsəbəsində, Qara Dəniz sahilində yerləşir. Saakaşvili ondan hələ 2013-cü ilin martında imtina etmişdi. Lakin Saakaşvili Tbilisidəki iqamətgahı tərk etməkdən imtina edib. Rəqiblər isə bunun əvəzində prezident administrasiyası üçün nəzərdə tutulmuş vəsaiti azaldıblar.    Bununla bağlı Saakaşvilinin mətbuat katibi bildirmişdi ki, iqamətgahın xarici işıqlandırılması qənaət naminə dayandırılıb.   Legion.az