Zəlimxan Yaqub Gürcüstanda da dinc durmur
Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı xalq şairi, uzun müddət səhhətindən əziyyət çəkən Zəlimxan Yaqub olub. El şairini heç bir xəstəlik yaradıcılıqdan saxlamayıb. Bu barədə Zəlimxan Yaqubun özü danışıb: ”İndi Gürcüstandayam. Amma yenə də yaradıcılıqla məşğulam . Elə burda “Dahiləri belə görün” adlı silsilə hazırlamışam. Orda Nizami, Nəsimi, Füzuli, Qazi Bürhanəddin, Seyid Əzim Şirvani, Səməd Vurğun və başqaları var. Hamısını cəm edib bir silsilə kitab hazırlamışam. “Azərbaycan” jurnalının avqust sayında “Şuşa şikəstəsi” adında poemam  çap edildi. Qarabağın dərsləri mənim nəfəsimdədir, ruhumdadır, canımdadır. Bunlardan başqa böyük türk ozanı Aşıq Veysəl barədə kitab yazıram. İndi Gürcüstandayam, Bakıya qayıdandan sonra onların hamısı çap olunacaq. Siz də oxuyacaqsınız”.