Beren Saat kor və kar oldu
Aktrisanın yeni filmi hazırdır Azərbaycan tamaşaçısının Bihter, Fatmagül kimi tanıdığı aktrisa Beren Saat yeni filmə çəkilib. ans press-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktrisanın yeni filmi \"Mənim Dünyam\" adlanır. 

Filmdə B.Saat 1950-ci illərdə yaşayan, iki yaşında xəstələnərək kor və kar olan gənc qız Elanı canlandıracaq. Film Ela və Elanı sağaltmağa çalışan Mahir Hocanın həyatından bəhs edir.