Bölmə: Günün xəbərləri

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,16 dollar yaxud 1,67% azalıb.

Tarixin ən müəmmalı səhifələrindən biri: Atatürklə Stalin niyə görüşməyib?

Tarixin ən müəmmalı səhifələrindən biri: Atatürklə Stalin niyə görüşməyib?

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Sovet lideri İosif Stalinlə görüşməməsinin səbəbi, iki ölkə arasındakı münasibətlər tarixində ən müəmmalı səhifələrdən biridir.

Professordan saxta içkilərlə bağlı xəbərdarlıq - kor olmaq, qəfil ölüm...

Professordan saxta içkilərlə bağlı xəbərdarlıq - kor olmaq, qəfil ölüm...

"Saxta içkilərlə bağlı problem kifayət qədər ciddi məsələdir və vətəndaşlar özləri diqqətli olmalıdırlar. Təsəvvür edin ki, Şotlandiya viskinin vətənidir və bu ölkənin Edinburq şəhərində hər üç viskidən biri saxtadır”.

Bakıda lift quraşdıran rəis narazıdır- özünü qətiyyən təqsirli bilmir

Bakıda lift quraşdıran rəis narazıdır- özünü qətiyyən təqsirli bilmir

“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb.

İrandan qəzaya uğrayan təyyarənin “qara qutu”su ilə bağlı gözlənilməz AÇIQLAMA

İrandan qəzaya uğrayan təyyarənin “qara qutu”su ilə bağlı gözlənilməz AÇIQLAMA

İran Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin “qara qutu”sunu “Boeing”ə verməyəcəyini bildirib.

İranın dini lideri: “Ötən gecə ABŞ-a bir şillə vurduq”

İranın dini lideri: “Ötən gecə ABŞ-a bir şillə vurduq”

Ötən gecə regionda ABŞ-a bir şillə vuruldu. Virtualaz.org bildirir ki, bunu İranın dini lideri Ayətulla Əli Xamenei Qum şəhərində çıxış edərkən deyib.

Nazirlik “Kristal Abşeron”u CƏRİMƏLƏDİ

Nazirlik “Kristal Abşeron”u CƏRİMƏLƏDİ

Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb

ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandı

ABŞ hərbi bazasına hücum zamanı ölənlərin sayı açıqlandı

ABŞ-ın İraqda yerləşən Eynül-Əsəd hərbi bazasına hücum zamanı 80 nəfər amerikalı hərbçinin həlak olduğu bildirilir.

Süleymaninin dəfnində izdiham: 16-sı uşaq olmaqla, 78 nəfər öldü

Süleymaninin dəfnində izdiham: 16-sı uşaq olmaqla, 78 nəfər öldü

ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymaninin dəfn mərasimi zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 78-ə çatıb. 

Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi

Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Prezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi

Prezident “Azərişıq” ASC-yə yeni sədr təyin etdi

Prezident İlham Əliyev Vüqar Əhmədovun "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bakı DYP-nin rəisi vəzifəsindən azad olundu

Bakı DYP-nin rəisi vəzifəsindən azad olundu

Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vəzifəsindən azad olunub

ABŞ bu dəfə İraqa sanksiya tətbiq edəcək

ABŞ bu dəfə İraqa sanksiya tətbiq edəcək

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.

2020-ci ilin ilk Ay tutulması bu tarixdə olacaq

2020-ci ilin ilk Ay tutulması bu tarixdə olacaq

Bu ilin 1-ci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək.

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb

“Buta Airways”ın təyyarəsi Həştərxandan məcburi Bakıya qayıdıb

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

“Eşşək əti zərərli deyil, yemək olar” – AQTA rəsmisi

“Eşşək əti zərərli deyil, yemək olar” – AQTA rəsmisi

“Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur”.

ABŞ Konqresi Trampın səlahiyyətinin məhdudlaşdırılması barədə qətnaməyə baxacaq

ABŞ Konqresi Trampın səlahiyyətinin məhdudlaşdırılması barədə qətnaməyə baxacaq

ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə ölkə prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsindəki səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni müzakirə edəcək

İran dünyaya meydan oxudu - Nüvə hədəsi

İran dünyaya meydan oxudu - Nüvə hədəsi

İran bundan sonra uranın zənginləşdirilməsi, saxlanılması, araşdırılması və inkişaf etdirilməsi ilə bağlı heç bir öhdəliyə əməl etməyəcək.

Məşhur reper 5,8 milyona malikanə aldı

Məşhur reper 5,8 milyona malikanə aldı

Tanınmış reper Kardi B Atlantada sevgilisi və qızıyla birlikdə yaşacağı böyük malikanə alıb.

Yeni İldə Azərbaycana daha çox bu ölkələrdən turist gəlib

Yeni İldə Azərbaycana daha çox bu ölkələrdən turist gəlib

Yeni İl ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.

Azərbaycanlı məmur yoxa çıxıb

Azərbaycanlı məmur yoxa çıxıb

Sumqayıtda “Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.

Orqanik qidaların faydaları

Orqanik qidaların faydaları

Orqanik qidalar yetişdirilməsində süni gübrələrin, həşəratlara qarşı işlədilən dərmanların, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırılma vasitələrinin istifadə olunmadığı məhsullardır

Cadu pozmaq adı ilə dələduzluq edən FHN-in keçmiş əməkdaşı barədə qərar verildi

Cadu pozmaq adı ilə dələduzluq edən FHN-in keçmiş əməkdaşı barədə qərar verildi

Məhkəmə rüşvətə görə həbs edilən Fövqəlada Hallar Nazirliyinin keçmiş əməkdaşı ilə bağlı qərar verib.

Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI

Onlar ilk dəfə Milli Məclis qarşısında hesabat verəcəklər - SİYAHI

Bu il Nazirlər Kabinetinin, İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə təqdim olunacaq.

General Süleymaninin dəfn tarixi və yeri açıqlandı

General Süleymaninin dəfn tarixi və yeri açıqlandı

İraqda ABŞ-ın hücumu nəticəsində ölən iranlı general Qasım Süleymaninin cənazəsi dekabrın 5-də İranın Kirman şəhərində dəfn ediləcək.

Azərbaycanda prokuror və köməkçisi işdən ÇIXARILDI

Azərbaycanda prokuror və köməkçisi işdən ÇIXARILDI

Bərdə rayonunun prokuroru və köməkçisi işdən çıxarılıb.

ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

ABŞ ordusu Qasım Süleymaninin öldürülməsindən sonra yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

Beyinin ölümcül xəstəliyinə qarşı yeganə vaksin hazırlandı

Molekulyar Tibb İnstitutunun və Kaliforniya Universitetinin alimləri Altsheymer  xəstəliyi və demensiyaların digər növləri zamanı yaranan amiloid lövhələrinə qarşı vaksin hazırlayıblar

Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiyməti bahalaşdı

Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiyməti bahalaşdı

İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiymətində dəyişmə nəzərə çarpıb.

İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

İranın Rəzəvi-Xorasan bölgəsində 5.8 bal gücündə zəlzələ baş verib.

Enerji içkiləri ilə bağlı yeni qaydalar

Enerji içkiləri ilə bağlı yeni qaydalar

Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Qaynarinfo Apa-ya istinadən xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiq etdiyi  "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda əksini tapıb. Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb və 15 İyul 2019-cu il tarixli iclasda İnstitutun Qida Təhlükəsizliyi üzrə Elmi Komitəsi tərəfindən bəyənilib. Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Sanitariya normaları və qaydaları tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və/və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Sanitariya normaları və qaydaları təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan içkilərə, idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir. Enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və / və ya antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir. Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də  Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3  1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır. Qaydalarda göstərilir ki, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Enerji içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır. Enerji içkilərinin tərkibində bu sanitariya normaları və qaydalarının 4-cü hissəsində sadalanan maddələrdən kənar digər maddələr istifadə olunduğu halda, onun mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyəti və / və ya antisedativ təsiri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi araşdırmalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında məhsulun enerji içkisi olub-olmaması müəyyən edilir. Enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır. Enerji içkilərinin etiketlərində mütləq  istehsalçının adı, ünvanı və əmtəə nişanı (əgər varsa); içkinin adı, növü və tərkibi; içkinin qida və enerji dəyərliliyi; içkinin tərkibindəki maddələrin miqdarı; içkinin miqdarı (çəkisi); saxlanma şərtləri; istehsal tarixi və yararlılıq müddəti (istehlak tarasının üzərində); içkinin istifadə qaydaları;- "Enerji içkisi” yazısı; "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir" yazısı; "18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı; "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı; "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı qeyd edilməlidir.

Azərbaycanda bir həftəlik bayram tətili başladı

Azərbaycanda bir həftəlik bayram tətili başladı

Bu müddət ərzində dövlət qurumları işləməyəcək və məktəblərdə tətil olacaq. İş və dərslər yanvarın 7-də başlayacaq.

İlham Əliyev bir sıra məhkəmə sədri və hakimi vəzifədən azad etdi - SİYAHI

İlham Əliyev bir sıra məhkəmə sədri və hakimi vəzifədən azad etdi - SİYAHI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin vəzifələrinin dəyişdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. 

Yanvar ayına olan hava proqnozu açıqlandı

Yanvar ayına olan hava proqnozu açıqlandı

Yanvar ayına olan hava proqnozu açıqlanıb. 

Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirildi: Harda dəfn olunacaq?

Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirildi: Harda dəfn olunacaq?

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.

Evlər məcburi sığortaya cəlb olunur? – “Bu məsələdə ictimai rəyi də nəzərə almalıyıq”

Evlər məcburi sığortaya cəlb olunur? – “Bu məsələdə ictimai rəyi də nəzərə almalıyıq”

Azərbaycanda 2020-ci il yanvar ayının 1-dən daşınmaz əmlakın icbari sığortaya cəlb olunacağı barədə məlumatlar var. 

Parlament seçkilərində iştirak etmək üçün 1611 nəfər müraciət edib

Parlament seçkilərində iştirak etmək üçün 1611 nəfər müraciət edib

Azərbaycanda 2020-ci ilin fevralın 9-da təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib".

Köhnələri onlar əvəzlədi

Köhnələri onlar əvəzlədi

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb

Seçkiyə getməyən bitərəf deputatlar - Valeh Ələsgərov, Zeynəb Xanlarova, Elmira Axundova...

Seçkiyə getməyən bitərəf deputatlar - Valeh Ələsgərov, Zeynəb Xanlarova, Elmira Axundova...

Parlamentdə təmsil olunan 35 bitərəf deputatdan ən azı 25-nin yenidən seçkilərə qatıldığı tam dəqiqləşib.

Həbs edilən icra başçısının hakim oğlunun icraatındakı işlər başqalarına verilib

Həbs edilən icra başçısının hakim oğlunun icraatındakı işlər başqalarına verilib

Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.

Qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoydular

Qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoydular

Rusiyanın Novqorod vilayətinin Mərkəzi Xəstəxanasında qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoyublar.

Telefon sifariş etdi, bitki çayı gətirdilər - FOTO

Telefon sifariş etdi, bitki çayı gətirdilər - FOTO

Türkiyənin İzmir şəhərində mobil telefon sifariş edən şəxsə bitki çayı göndərilib.

Sabahdan hava dəyişir - yağış, qar, külək...

Sabahdan hava dəyişir - yağış, qar, külək...

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Prezident Administrasiyasının keçmiş şöbə müdirinə yüksək vəzifə verildi

Prezident Administrasiyasının keçmiş şöbə müdirinə yüksək vəzifə verildi

Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub

Türkiyədə erməni yüksək partiya postuna təyin olundu

Türkiyədə erməni yüksək partiya postuna təyin olundu

Türkiyədə yaxınlarda keçmiş baş nazir Əhməd Davudoğlu tərəfindən əsası qoyulan “Gələcək” partiyası əsas siyasi istiqamətlərini elan edib.

Azərbaycanda seçki məntəqəsi yandı

Azərbaycanda seçki məntəqəsi yandı

Şəkidə seçki məntəqəsi yanıb.

Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

Bakıda Yeni il şənlikləri Murad Dadaşovun şirkətinə həvalə edildi

“M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

Dekabrın 26-na manatın məzənnəsi

Dekabrın 26-na manatın məzənnəsi

Dekabrın 26-na manatın məzənnəsi açıqlanıb.

Min bir dərdin dərmanı - Turşəngin FAYDALARI

Min bir dərdin dərmanı - Turşəngin FAYDALARI

Turş dada malik olan turşəng el arasında əsasən quzuqulağı kimi də tanınır.Bu bitkinin 150 növü mövcuddur

Bu ilin 11 ayında baş verən yol qəzalarında 738 nəfər ölüb

Bu ilin 11 ayında baş verən yol qəzalarında 738 nəfər ölüb

Bu ilin 11 ayı ərzində respublika ərazisində 1681 yol-nəqliyyat hadisəsi baş verib.

Moskva yenə çaxnaşmaya düşdü: 145 min adam təxliyə edildi

Moskva yenə çaxnaşmaya düşdü: 145 min adam təxliyə edildi

Dünən, 24 dekabrda Moskvada 145 mindən çox insan təxliyə edilib. 

Həbib Konorla revanş görüşünə dair qərar qəbul etdi

Həbib Konorla revanş görüşünə dair qərar qəbul etdi

Yüngül çəki dərəcəsində UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorla revanş keçirilməsi ehtimalını qiymətləndirib.

Xərçəngin ilk əlamətləri... – Bunları mütləq bilmək lazımdır

Xərçəngin ilk əlamətləri... – Bunları mütləq bilmək lazımdır

Son dövrün ən çox qorxunc xəstəliklərindən biri olan xərçəngin ilk əlaməti nədir?

2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı gözlənilir

2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı gözlənilir

Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.  

Həbs edilən sabiq icra başçısı və müavinindən xəbər var

Həbs edilən sabiq icra başçısı və müavinindən xəbər var

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barələrində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib. 

Dollar ucuzlaşacaq (PROQNOZ)

Dollar ucuzlaşacaq (PROQNOZ)

Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.

Məşhur aktyor ölümdən son anda xilas oldu

Məşhur aktyor ölümdən son anda xilas oldu

Aktyor Ceki Çan bildirib ki, yeni filmin çəkilişi zamanı ölümdən son anda xilas ola bilib.

Trampdan Senata Türkiyə xəbərdarlığı

Trampdan Senata Türkiyə xəbərdarlığı

ABŞ prezidenti Donald Trampın Türkiyəyə tətbiq oluanacaq sanksiyaların nəticələri ilə bağlı Senata xəbərdarlıq etdiyi iddia olunur.

Bu gün İlham Əliyevin doğum günüdür

Bu gün İlham Əliyevin doğum günüdür

Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Vəfa Nağı bələdiyyə üzvü seçildi, Mehman Hüseynov isə…

Vəfa Nağı bələdiyyə üzvü seçildi, Mehman Hüseynov isə…

İctimai fəal Vəfa Nağı bələdiyyə üzvü seçilib.

Bələdiyyə seçkilərində neçə nəfər səs verib?

Bələdiyyə seçkilərində neçə nəfər səs verib?

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.

Həkim tələbə qızların tualetinə kamera yerləşdirdi

Həkim tələbə qızların tualetinə kamera yerləşdirdi

Türkiyənin Bartın şəhərində ailə həkimi tələbə qızların tualetinə kamera yerləşdirib.

İnsan başının nəqli 2030-cu ilə qədər reallaşa bilər: ŞOK!

İnsan başının nəqli 2030-cu ilə qədər reallaşa bilər: ŞOK!

İnsan başının başqa bir bədənə nəqli ideyası yaxın gələcəkdə reallığa çevrilə bilər.

Yeni “trend”ə daha bir icra başçısı qoşuldu: Qazini ziyarət etdi - FOTO

Yeni “trend”ə daha bir icra başçısı qoşuldu: Qazini ziyarət etdi - FOTO

Ağstafa rayon icra başçısının həbsindən sonra digər icra başçıları xalqa xidmət etmək üstündə sanki yarışa çıxıblar. Onlar son günlər çəkdirdikləri fotolar ilə gündəm olublar.

Azərbaycanda həbs edilən sabiq məmurlara hansı maddələrlə ittiham irəli sürüldüyü məlum oldu

Azərbaycanda həbs edilən sabiq məmurlara hansı maddələrlə ittiham irəli sürüldüyü məlum oldu

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun hansı maddə ilə ittiham olunduğu məlum olub.

Sabah Azərbaycana qış fəsli daxil olacaq

Sabah Azərbaycana qış fəsli daxil olacaq

Sabah Azərbaycana qış fəsli daxil olacaq.

Bakı metrosunda problem

Bakı metrosunda problem

Bu gün səhər saat 7 radələrində Bakı metrosunda problem yaranıb.

Filipp Kirkorov məhkəməyə verildi - FOTO

Filipp Kirkorov məhkəməyə verildi - FOTO

Filipp Kirkorovun vəkili Alekandr Dobrovinski müğənninin borcu barədə xəbərə aydınlıq gətirib.

Parlament seçkilərində pulsuz efir vaxtı və KİV-lərin adı açıqlandı - SİYAHI

Parlament seçkilərində pulsuz efir vaxtı və KİV-lərin adı açıqlandı - SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb.


 

 ◀  3  4  5  6  7  8  9  ▶