Xəbərlər

05.06.2024-cü il tarixində səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 5 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Səhmlərin sayı: 13,000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 1,300,000 manat
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 05.06.2024
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı.