05.06.2024-cü il tarixində səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 5 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464 Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı Səhmlərin sayı: 13,000 (ədəd) İlkin ticarət qiyməti: 100 manat Buraxılış həcmi: 1,300,000 manat Anderrayter: “Assist Finance İ.Ş” ASC Ticarətə buraxılma tarixi: 05.06.2024 Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı.