Xəbərlər

“Legion Financial” MMC Listinq Məsləhət Proqramına (LMP) qoşularaq Bakı Fond Birjasında istiqrazları listinqə alınmışdır.

5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002025462
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı
İstiqrazların sayı: 500 ədəd
Nominal dəyəri: 1 000 manat
İllik faiz dərəcəsi: 15%
Tədavül müddəti: 1800 təqvim günü
Kupon faizlərinin ödəniş müddəti: 30 gündən bir