Xəbərlər

"Legion Financial” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 27 avqust 2024-cü il tarixindən başlayaraq 29 sentyabr 2024-cü il tarixinə kimi 34 gün ərzində "Legion Financial” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 30 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003025460
İstiqrazların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı.
İstiqrazların sayı: 1,000 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
Buraxılış həcmi: 1,000,000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Yerləşdiyi tarixdən 30 gündən bir
Tədavül müddəti: 5 il
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 30.09.2024