Xəbərlər

12.06.2023 tarixində istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

12 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002025462
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz adlı
İstiqrazların sayı: 500 ədəd
Nominal dəyəri: 1 000 manat
Hərrac tarixi: 12.06.2023
İllik faiz dərəcəsi: 15%
Tədavül müddəti: 1800 təqvim günü
Kupon faizlərinin ödəniş müddəti: 30 gündən bir
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.