Xəbərlər

"Legion Financial” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur.

21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003025460
İstiqrazların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı: 1,000 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
Buraxılış həcmi: 1,000,000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Yerləşdiyi tarixdən 30 gündən bir
Tədavül müddəti: 5 il
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı.