Xəbərlər

“Legion Financial” ASC-nin səhmlərinin yerləşdirilməsi baş tutacaqdır.

15 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 12.02.2025-ci il tarixində başlayaraq, 10 gün davam edəcək və fevralın 22-i yekunlaşacaq.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 26.02.2025-ci il tarixində keçiriləcəkdir.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmlərin növü və forması: Adi, adlı, sənədsiz səhm
Səhmlərin sayı: 6,050 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 605,000 manat
Ticarətə buraxılma tarixi: 26.02.2025
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Anderrayter: “Unicapital İ.Ş”ASC.